Haqqımızda
“Global Quality ” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatıidarəsində 25 dekabr 2023-cü ildə qeydiyyata alınmışdır . Məhsulların , işlərin və xidmətlərinsertifikatlaşdırılması sahəsində heyətimizinsəriştəsini artıraraq şirkətimiziinkişaf etdirmək və xidmət səviyyəsini artırmaq əsas prinsiplərimizdən biridir.Global Quality MMC göstərdiyi bütün xidmətlərdə müştərilərin məmnuniyyətinə əsaslanaraq,akkreditasiya tələbləri çərçivəsində milli və beynəlxalq standartlara uyğun,etibarlı şəkildə həyata keçirir.
Müştərilərimizinehtiyac və gözləntilərinə hər zamançatmaq hədəfimizdir. İstehsalçıların məhsullarının bazara çıxarılmasına köməketmək, keyfiyyətli məhsullardan istifadə edilməsinə şərait yaratmaq, təşkilatımızınfəaliyyət göstərdiyi sahələrin ölkənin rəqabətlilik və rifah səviyyəsinə təsirivə vacibliyi barədə cəmiyyətdə maraqlı olan tərəflərin məlmatlılığını artırmaqvə standartlaşma sisteminin təkmilləşdirilməsi şirkətimizin əsas məqsədlərindən biridir. GLOBAL QUALİTY bütün maraqlı tərəflərəməxfilik ,qərəzsizlik prinsipi ilə yanaşır.