“Global Quality” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 25 dekabr 2023-cü ildə qeydiyyata alınıb.
Şirkətimiz göstərdiyi bütün xidmətlərdə müştərilərin məmnuniyyətinə əsaslanaraq, akkreditasiya tələbləri çərçivəsində milli və beynəlxalq standartlara uyğun, etibarlı şəkildə həyata keçirir.
“GLOBAL QUALİTY ” MMC şirkəti Qanunvericilik və akkreditasiya tələblərinə uyğun, dürüstlük, qərəzsizlik, etibarlılıq və məxfiliyə əsaslanaraq milli və beynəlxalq standartlara görə sertifikatlaşdırma xidmətləri göstərir. Siyasətimizin əsasını təşkil edir:
Müştəri məmnuniyyətinə nail olmaq üçün hər zaman müştərilərlə inkişaf əlaqələri qurmaq.
Loqomuzu keyfiyyət və dürüstlüyün simvolu kimi qəbul etdirmək.
Təkmilləşdirmələr üçün tərəfdaşlıqları inkişaf etdirmək və uzunmüddətli əlaqələri təşviq etmək.
Biznes fəaliyyətimizi və özümüzü dürüst və etik şəkildə aparmaq.
İşçilərin səlahiyyətlərini və xidmət keyfiyyətini daim inkişaf etdirməklə səriştəli kadrlar yetişdirmək.
Peşəkarlardan ibarət komanda kimi uğur qazanmağımıza və uğura gedən yolda imkanların və resursların mövcud olduğundan əmin olmaq.